İspaniya millisinin müdafiəçisi Mark Kukurelya dunya çempionu olacaqları təqdirdə baş məşqçi Luis de la Fuentenin şəklini bədəninə döymə etdirəcəyi ilə bağlı verdiyi vədi yerinə yetirəcəyini təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı futbolçu bu barədə bunları deyib:
"İndi Luis de la Kuentenin fotosunu harada döymə etdirəcəyimi düşünməliyəm. Onu mütləq görünən bir yerdə etdirəcəyəm. Evə uçuş zamanı bu haqda düşünəcəyəm".
Qeyd edək ki, DÇ-2026-nın finalında İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək titula sahib çıxıb. Yeganə qolu 106-cı dəqiqədə Ferran Torres vurub.


