DÇ-2026-nın final matçında Argentina milli komandası İspaniyaya əlavə vaxtda 1:0 hesabı ilə məğlub olub.

Offsideplus.az "Opta"ya istinadən xəbər verir ki, Cənubi Amerika təmsilçisinin 39 yaşlı kapitanı Lionel Messi dünya çempionatları tarixində ilk dəfə start heyətində meydana çıxdığı bir matçda heç bir qol epizodu yarada bilməyib.

Meydanda 120 dəqiqə qalan Messi matç ərzində topla 54 dəfə təmasda olsa da, rəqibin cərimə meydançasında bir dəfə də olsun topla görüşməyib. Bütövlükdə Argentina millisi oyun boyunca rəqib qapısına tərəf cəmi 2 zərbə endirib ki, onların da heç biri çərçivəyə düşməyib.

Qeyd edək ki, Messi dunya çempionatında keçirdiyi 8 matçda 8 qol vuraraq bombardirlər yarışında yalnız Kilian Mbappedən (10 qol) geri qalıb.