Dünya çempionatının final matçını stadiondan izləyən ABŞ Prezidenti Donald Tramp İspaniya millisinin Argentina üzərində qələbəsindən (1:0, əlavə vaxtda) sonra təəssüratlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, Tramp hər iki komandanın oyununu yüksək qiymətləndirib:

"Məncə, hər iki komanda yaxşı oynadı. Deyərdim ki, İspaniya bir az daha yaxşı görünürdü. Lakin hər iki komanda finala qədər yüksələ bilmişdi. Buna görə də çox maraqlı idi.

İspaniyanın üstünlük təşkil etdiyi görünürdü, amma başabaş bir oyun oldu. Əla matç və möhtəşəm tədbir idi".