DÇ-2026-ya ev sahibliyi edən ABŞ iştirakçılara daha bir problem yaşadıb. 

Offsideplus.az xəbər verir ki, sabah Səudiyyə Ərəbistanı ilə oynamalı olan Uruqvay Meksikadan matçın keçiriləcəyi Mayami şəhərinə yollana bilmir. Belə ki, bəzi sənədlərin itməsi səbəbindən təyyarənin ABŞ-yə uçmasına icazə verilmir.

Bu barədə jurnalist Roman Molina məlumat yayıb. 

Yeni təyyarə qarşıdakı saatlarda qalxacaq. Hazırda Federasiya və FIFA arasında xaos yaranıb. Gecikmə olacağı halda, baş məşqçi Marselo Bielsanın mətbuat konfransı ləğv olunacaq. Bu isə cərimə ilə nəticələnəcək.

Qeyd edək, Uruqvay - Səudiyyə Ərəbistanı oyunu sabah Bakı vaxtı ilə saat 02:00-da start götürməlidir.