Dünya çempionatına zədəli yollanan Lamin Yamalın son durumu bəlli olub.
Offsideplus.az xəbər verir ki, futbolçu "Barselona" klubunun heyətində zədələnərək, mövsümü erkən başa vurmuşdu. İspaniyalı hücumçunun son vəziyyəti barədə milli komandanın baş məşqçisi Luis de la Fuente danışıb:
"Yaxşı xəbər budur ki, Lamin Yamal sağalıb. O mükəmməl haldadır. Həkimlər onun baş tutacaq oyunda şans qazana biləcəyini deyib.".
Beləliklə, Yamal İspaniyanın heyətində DÇ-2026-da çıxış edə biləcək.
Qeyd edək ki, İspaniya ilk qarşılaşmasını bu gün saat 20:00-da Kabo Verde yığmasına qarşı keçirəcək.


