Mərakeşin 2030 Dünya Çempionatına hazırlıq çərçivəsində küçələrin “təmizlənməsi” məqsədilə 3 milyona qədər sahibsiz itin öldürülə biləcəyi iddia olunur.

Offsideplus.az xəbər verir ki, heyvan hüquqları təşkilatları bəzi ev sahibliyi şəhərlərində kütləvi güllələmə, zəhərləmə və hətta itlərin diri-diri yandırılması halları barədə məlumat yayıb.

Məsələ ilə bağlı FIFA-nın artıq məlumatlandırıldığı bildirilir.

Heyvan hüquqları müdafiəçiləri təşkilatı humanist olmayan üsullara qarşı çıxaraq, sterilizasiya və sığınacaq proqramlarının tətbiqini tələb edirlər.