"İnter Mayami"nin kapitanı Lionel Messi “Filadelfiya Yunion” ilə keçirilən oyunda (3:1) dubla imza ataraq klubdakı qollarının sayını 27-yə çatdırıb.

Offsideplus.az xəbər verir ki, indi Qonsalo İquainin 29 qolla olan klub rekordunu bərabərləşdirmək üçün cəmi iki qol vurmalıdır.

Bu qarşılaşma Messi üçün iki aylıq zədə fasiləsindən sonra ilk matç olub.