Türkiyə yığma komandasının aparıcı futbolçuları Hakan Çalhanoğlu və Cengiz Ünder heyətdən kənarlaşdırılıb.
Offsideplus.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Fənərbağça"nın üzvü Cengiz Ünder məşqçilərin qərarı ilə yekun heyətdə yer almayıb. "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlunun isə səhhəti ilə əlaqədar belə qərar verilib.
Türkiyə millisi noyabrın 18-də Almaniya ilə səfərdə yoldaşlıq oyunu keçirəcək. Komanda noyabrın 21-də Avro-2024-ün seçmə mərhələsində Uelsi qəbul edəcək.