Azərbaycan yığma komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted" Asiya Çempionlar Liqasında 2-ci tur oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Tailand təmsilçisi səfərdə “Kofu” (Yaponiuya) ilə qarşılaşıb. Görüş Yaponiya klubunun qələbəsiylə başa çatıb - 1:0.
Start heyətdə meydana çıxan Ramil 90+1-ci dəqiqədə əvəzlənib.
İlk turda Çinin “Zhejyanq” klubuna 4:1 hesabı ilə qalib gələn "Buriram Yunayted" qrupda 3 xalla 3-cü sıradadır.