"PSJ"-dən ayrılacağı gözlənilən Neymar sürpriz transferə imza ata bilər. 

Offsideplus.az  xəbər verir ki, Braziliyalı ulduz Neymarın Səudiyyə Ərəbistanından gələn astronomik təklifi qəbul etdiyi bildirilir. Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasından təklif alan Neymarın bu təklifi cəlbedici gördüyü iddia olunub.

Qeyd edək ki," PSJ"-nin transferi üçün 222 milyon avro ödədiyi Neymar 2022-23 mövsümündə 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə edib.31 yaşlı futbolçunun "PSJ" ilə daha 2 illik müqaviləsi var.