Braziliya hökuməti "Vinisius Junior Qanunu"nu qəbul edib. 

Offsideplus.az xəbər verir ki, bu qanun əsasında yerli oyunlarda irqçiliyə yol verilərsə, matç dərhal dayandırılacaq. Rio-de-Janeyro şəhərinin rəhbərliyi yeni anti-irqçilik qanununun qəbulu lehinə yekdilliklə səs verib. 

Qanun ötən mövsüm İspaniyada iqrçi davranışlara məruz qalan "Real Madrid"in oyunçusu Vinisius Juniorun şərəfinə qəbul olunub. 

"Marakana" stadionunda baş tutan tədbirdə Braziliya millisinin hücumçusu da iştirak edib. Vinisius irqçiliklə mübarizə apardığı üçün Rio-de-Janeyro şəhərinin rəhbərliyindən iki medal alıb.