Moldova yığma komandasının müdafiəçisi Yoan-Kelin Revenko Azərbaycan və Rumıniya millilərinə qarşı keçirəcəkləri yoldaşlıq oyunları ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı futbolçu federasiyanın rəsmi saytına müsahibəsində bunları deyib:
“Biz belə matçlara yoldaşlıq görüşü kimi baxmırıq. Çox ciddi hazırlaşırıq. Bu, meydanda da nəzərə çarpacaq. Azərbaycan millisini təhlil etmişik. Bu rəqiblə çətin qarşılaşma olacaq. Onların yaxşı komandası var. Rumıniya haqqında hələlik məlumat almamışıq. İlk matça hazırlaşırıq. Rumıniya çempionatını izləyirən. Bu rəqib də yaxşı komandaya malikdir”.
Xatırladaq ki, noyabrın 16-da Azərbaycan millisi ilə qarşılaşacaq Moldova seçməsi, 4 gün sonra Rumıniya ilə üz-üzə gələcək.