İsveçrə çempionatında VIII turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” səfərdə “Bazel"lə üz-üzə gəlib. Oyun futbolçumuzun komandasının  1:5 hesablı məğlubiyyəti ilə başa çatıb.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Qrasshopper” 12 xalla 10 kollektiv arasında 5-ci pillədə yer alıb.