"Bu səbəbi baş məşqçidən soruşsanız yaxşı olar".

Bu sözləri Offsideplus.az-a açıqlamasında "Şamaxı"nın futbolçusu Şəhriyar Əliyev deyib.

O, əvəzedici heyətə göndərilməsi haqda danışıb:

"Nə rəhbərlik, nə də baş məşqçi ilə münasibətimiz pozulmayıb. Sadəcə, bu, Rüstəm müəllimin öz istəyi idi. Buna da hörmətlə yanaşıram. Mənim "Şamaxı" ilə əlaqələrim kəsilib. Bircə maaş qalıb, onu da aldıqdan sonra, yoluma başqa bir yerdə davam edəcəm".

Əliyev yaxın günlərdə yeni klubla anlaşacağını deyib:

"Çox güman ki, yaxın günlərdə yeni komandam məlum olacaq".

29 yaşlı müdafiəçi sabiq komandası "Kəpəz"dən heç bir təklif almadığını bildirib:

"Şükürlər olsun ki, "Kəpəz" yenidən Premyer Liqaya qayıtdı. Gəncə futbolu adına çox sevindim. Çünki o klubun şərəfini mən də qorumuşam. Amma bu komandadan transfer təklifi almamışam".

Cavid ƏIiyev