Futbol üzrə Türkiyə kubokunda sonuncu finalçı bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu gün yarımfinalın cavab oyunları çərçivəsində “Sivasspor” və “Alanyaspor” komandaları qarşılaşıb.

Səfərdə baş tutan ilk oyunda 2:1 hesabıyla qalib gələn Sivas təmsilçisi cavab oyununda bu üstünlüyünü qoruyub və finala vəsiqə qazanıb. 

Bu komandanın finaldakı rəqibi “Kayserispor” olacaq. Həlledici matç mayın 26-da keçiriləcək.