DÇ-2022-nin pley-off mərhələsinin finalında martın 29-u keçiriləcək 2 oyuna hakim təyinatları məlum olub.
Offsideplus.az xəbər verir ki, xəbər verir ki, Polşa - İsveç görüşünü İtaliya Futbol Federasiyasından Daniele Orsato idarə edəcək.
Portuqaliya - Şimali Makedoniya görüşü isə İngiltərə Futbol Federasiyasından Entoni Teylora tapşırılıb.
Qeyd edək ki, martın 29-u keçiriləcək hər iki oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.