İsveçdə 2021-ci ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, Almaniyanın “Leyptsiq” klubunun yarımmüdafiəçisi Emil Forsberq 2021-ci ilin ən yaxşısı elan edilib.
30 yaşlı oyunçu karyerasında ilk dəfə ölkəsində “Qızıl top” mükafatına layiq görülüb.