"Turan Tovuz" klubu azarkeşlərinə müraciət edib. 

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisi MPL-nin XXIX turunda baş tutmuş “Səbail” - “Turan Tovuz” oyunundan sonra azarkeşlər və futbolçular arasında yaşanan xoşəgəlməz olay ilə bağlı bəyanat yayıb. 

"Yaşanan xoşagəlməz hadisə ilə bağlı təəssüf hissi keçirdiyimizi bildiririk. Məsafədən asılı olmayaraq hər zaman komandasının yanında olan, səfər oyunlarında belə ev oyunu ab-havası yaradan azarkeşlərimizin irad və təklifləri inkişafımız üçün çox vacibdir. Komandası ilə bütövləşmiş tribunada istənilən şəxsin təhqir olunması bizi daha da narahat edir. Bildirmək istəyirik ki, oyunçular tərəfindən azarkeşlərə qarşı göstərilən qeyri-adekvat reaksiya yolverilməzdir. Baş verən hadisə ilə bağlı oyunçulara qarşı klubumuzun daxili intizam qaydalarına uyğun olaraq müvafiq addımlar atılıb. 

Hər zaman olduğu kimi “Turan” ailəsini vacib missiya uğrunda birlik olmağa çağırırıq.

Biz bir ailəyik. Gücümüz birliyimizdir!", - deyə klubun sosial şəbəkə hesabında qeyd edilib.