"Fənərbağça" Türkiyə Super Liqasında "Trabzonspor"u Kadıköydə qəbul edib və 4:1 hesabı ilə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, komandalar fasiləyə Trabzon təmsilçisinin 0:1 hesablı üstünlüyü ilə yollanıblar. Denis Draquş 45+4 dəqiqədə "sarı bülbüllər"i qolla cəzalandırıb.

İkinci hissədə isə yağmurlu hava ilə birlikdə "sarı-lacivərtlər"in "qol yağışı" başlayıb. Milan Şkrinyar fərqlənib, Talişka isə het-trikə imza atıb: 4:1.

Qolların videosunu təqdim edirik: