"Milan" "Fənərbağça"nın müdafiəçisi Atilla Szalaini transfer etmək istəyir.

 Offsideplus.az xəbər verir ki, A Seriya klubu danimarkalı stoperi Simon Kyaerin mövsümü vaxtından əvvəl bititdiyi üçün bu keçidi həll etməyə çalışacaq.

23 yaşlı futbolçunun "sarı-lacivərtlilər"lə 2025-ci ilə kimi sözləşməsi var.

Qeyd edək ki, Szalai bu ilin yanvar ayında Kiprin "Apollon" ( Limassol ) klubundan "Fənərbağça"ya gəlib.