Təbrizin “Traktor” klubu İran çempionatında növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 6-cı turda “Padideh”i qəbul edib və 1:0 hesablı qələbə qazanıb.
Qələbə qolu 83-cü dəqiqədə vurulub. Meydan sahibləri Məhəmməd Abbaszadənin qolu hesabına seviniblər. Zvonimir Soldonun yetirmələri mövsümdə ikinci dəfə qalib gəlib.
Beləliklə, 6 turdan sonra “Traktor”un xal hesabı 7-yə çatıb. Komanda 9-cu pillədə qərarlaşıb.