“Milan” klubunun zədəli futbolçusu Zlatan İbrahimoviç yenidən İsveç yığmasına dəvət olunub.

Offsideplus.az xəbər verir ki, İsveç millisinin baş məşqçisi Yann Andersson 39 yaşlı hücumçuya DÇ-2022-nin Kosovo (9 oktyabr) və Yunanıstanla (12 oktyabr) oyunları üçün dəvət göndərib. 

Qeyd edək ki, İbrahimoviç hazırda zədəlidir.