"Legiya"nın baş məşqçisi Çeslav Mixneviç Mahir Emrelinin oyunundakı enişin səbəbini açıqlayıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçunu xəstələnib. Bu barədə 51 yaşlı mütəxəssis bildirib:
"Mahir mövsümə əla start verdi, amma sonradan xəstələndi. Öz üzərində işləməlidir, lakin əvvəlki performansına qayıtması an məsələsidir".