"Dallas"ın hücumçusu Rikardo Pepi adını MLS-in tarixinə yazdırıb.

Offsideplus.az xəbər verir ki, 2003 doğumlu forvard Amerikanın futbol liqasında het-trik edən ən gənc futbolçu adına yiyələnib. O, komandasının "Los Anceles Qalaksi"ni 4:0 məğlub etdiyi görüşdə rəqib qapısından 3 top keçirib. Maraqlıdır ki, Pepi bunu cəmi 50 dəqiqəyə bacarıb. Amerikalı futbolçu həmin gün 18 yaş, 196 günlüyündə olub.

Qeyd edək ki, buna qədər rekord 18 yaş, 283 gümlüyündə het-trik edən "Vankuver"in sabiq futbolçusu Kekute Manneyə məxsus idi.