Braziliyalı əfsanə Pele Neymarın Braziliya yığmasında qolların sayına görə onun rekorduna yaxınlaşmasına münasibət bilidirib.

 Offsideplus.az xəbər verir ki, bu barədə futbolçu özünün instaqramdakı hesabında yazıb.

 "Hər dəfə bu oğlanı görəndə o gülümsəyir. Cavab olaraq gülümsəməmək mümkün deyil, bu, yoluxucudur. Bütün braziliyalılar kimi, mən də onun oyununu görəndə həmişə məmnun oluram. Bu gün Neymar Braziliya yığmasında qollar üzrə rekorduma doğru daha bir addım atdı. Onun həmin rekorda çatması üçün ilk oyununu görəndən bəri keçirdiyim eyni sevinclə Neymara azarkeşlik edirəm".