Azərbaycan Azarkeşlər Birliyinin AFFA-nın qrant müsabiqəsində iştirak üçün plan hazırladığını və imtina cavabı aldığını bu yazıdazıda xəbər vermişdik. 

Elə həmin yazının sonunda mövzuya qayıdacağımızı da bildirmişdik.

Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın mövqeyini öyrənməyi lazım bildik. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Offsideplus.az-a açıqlamasında şəhid azarkeşlərin xatirə turnirinə soyuq yanaşmanın səbəbini bu sözlərlə əsaslandırdı: "Yazıdakı fikirlərlə tanış oldum. Öncə onu deyim ki, məsələylə bağlı geniş açıqlama veriləsi bir şey yoxdur. Qrant müsabiqə elan olunmuşdu və həmin müsabiqə çərçivəsində layihələr təqdim olunmuşdu. AFFA-da bununla bağlı komissiya var idi. Komissiya layihələrə baxıb və səsvermə yolu ilə qaliblər müəyyənləşib. Müsabiqə başa çatandan sonra hansısa təşkilatın və ya şəxsin məsələ ilə bağlı subyektiv fikri ola bilər. Ayrı-ayrı subyektiv fikirlərə şərh vermək istəmirəm".