Futbol üzrə Moldova çempionatında 28-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki,  həmyerlimiz Orxan Qurbanlının çıxış etdiyi “Dinamo-Avto” səfərdə “Floreşti” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.

Orxan Qurbanlı da bu matçda debütünü rəsmiləşdirib. Belə ki, o, 66-cı dəqiqədə meydana buraxılıb.