Dünya futbolunun əfsanəsi Pele varisinin adını açıqlayıb.

Bu, nə Kriştiano Ronaldodur, nə Lionel Messi, nə də Neymar.

Offsideplus.az “La Gazzette dello Sport”a istinadla xəbər verir ki, məşhur braziliyalı layiqli davamçısı kimi Kilian Mbappeni görür: “Həqiqi sözümdür, Mbappeni davamçım hesab edirəm. Onda özümdəki bir çox xüsusiyyətləri görürəm, xüsusən də sürətə üstünlük verməyini. Top ayağına düşən kimi hansı istiqamətə hərəkət etməyi, hansı qərar qəbul etməyi bilir və ən əsası tez düşünür. Müasir futbolda bunlar vacib xüsusisiyyətlərdir”.

Qeyd edək ki, DÇ-2018-in qalibi cari mövsümdə Liqa 1-də meydana çıxdığı 23 oyunda rəqib qapılarından 18 top keçirib.