İran çempionatında 14-cü turun qarşılaşmaları keçirilib.

Offsideplus.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Maşinsazi” də növbəti oyununa çıxıb.

Komanda səfərdə “Peykan”la qarşılaşıb. Təbriz klubu bu oyundan məhsuldar heç-heçə ilə ayrılıb - 2:2.

Keçirdiyi 14 oyuna cəmi 5 xal toplamış “Maşinsazi” 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.