İsveçdə koronavirusa görə dayandırılan futbol yarışlarının bərpasına ölkə rəhbərliyi tərəfindən icazə verilib.

Offsideplus.az xəbər verir ki, bu ölkədə iyunun 14-dən etibarən peşəkar idman növləri və futbol matçları bərpa ediləcək.

Lakin hökumətin verdiyi qərara əsasən, bütün yarışlar azarkeşsiz keçiriləcək.