Belarus millisinin sabiq üzvü olan Aleksandr Qleb koronavirus pandemiyası dönəmində ölkəsində futbol çempionatının dayandırılmamasına münasibət bildirib.

Offsideplus.az xəbər verir, "Barselona" və "Arsenal"da çıxış etmiş veteran futbolçu "MATÇ TV" kanalına açıqlama verib.

O, bütün dünyanın onların çempionatına baxdığını bildirib:

"Bütün dünya bizim çempionatımıza baxır. Bundan gözəl nə ola bilər? Açığı, zövq alıb almadıqlarını deyə bilmərəm. Amma faktdır ki, bir çox ölkələr Belarus birinciliyinin yayım hüququnu alıb. Məncə, elə buna görə çempionatı dayandırmırlar".