Futbol üzrə Avstraliya çempionatının oyunları təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, məlumatı Avstraliya Futbol Federasiyasının rəsmi saytı yayıb.

Buna koronavirus pandemiyası səbəb olub.

Ölkənin bir çox şəhərində karantin tətbiq olunması, insanların hərəkəti məhdudlaşdırılması səbəbindən aprelin 22-dək çempionatın bütün oyunları təxirə salınıb.