Futbol üzrə Kipr çempionatında 3-cü turun matçları oynanılır. 

Offsideplus.az xəbər verir ki, UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan APOEL də yeni mövsümdə ilk matçına çıxıb.

Əvvəlki oyunları məhz Avroliqadakı çıxışına görə təxirə salınan bu komanda yeni mövsümdək ilk sınağında doğma meydanda AEL (Limassol) ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 3:0.

APOEL bu qələbədən sonra 3 xalla 12 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.