Klublararası dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, iyunun son oyun günündə 1 qarşılaşma baş tutacaq. Bakı vaxtı ilə saat 23:00-da "İnter" - "Fluminense" qarşılaşması keçiriləcək. 1 iyul 05:00-da isə "Mançester Siti" və "Əl Hilal" komandaları üz-üzə gələcək. Bu iki cütün qalibləri 1/4 finalda qarşılaşacaq.
Klublararası dünya çempionatı, 1/8 final
30 iyun 23:00. "İnter" - "Fluminense"
1 iyul 05:00. "Mançester Siti" - "Əl Hilal"


