2023-25-ci illərdə "Neftçi"nin formasını geyinmiş Kilan Lebon karyerasını Cənubi Koreyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2-ci Liqada mübarizə aparan "Çonnam Draqons" klubuna transfer olunub.

 Lebonla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Lebonun son klubu Yunanıstanın "Kalitea" komandası olmuşdu.