Azərbaycan milli komandasının hücumçuları Mahir Emreli və Renat Dadaşovun klubları bu gün növbəti oyunlarını keçiriblər.

Offsideplus.az xəbər verir ki, Almaniya II Bundesliqasında "Nürnberq"in "Kayserslautern" komandasına qarşı səfər görüşü var. Mahir Emreli Miroslav Klozenin kollektivində cari mövsüm 4 qola imza atıb. 

"Radomyak"a gəlincə, komanda Polşa çempionatının XXVIII turu çərçivəsində lider "Rakuv"un qonağıdır.

Həm Mahir, həm də Renat Dadaşov start heyətdə yer alıb. 

Polşa çempionatı

22:15 "Rakuv" - "Radomyak" 2:1

Lopes, 54; Roça, 64 - Volski, 52

Renat Dadaşov start heyətdə meydançaya çıxıb. 45+1-ci dəqiqədə sarı vərəqə alıb. İkinci hissənin əvvəlində qol ötürməsi verən futbolçumuz 76-cı dəqiqədə əvəzlənib.

"Nürnberq" ardıcıl 2 məğlubiyyətdən sonra 34 xalla turnir cədvəlinin 13-cü pilləsinə enib.

Almaniya II Bundesliqa

22:30 "Kayserslautern" - "Nürnberq" 1:2

Ritter, 72 (pen.) - Qruber, 14; Mahir Emreli, 68

Mahir Emreli ilk "11-lik"də yer alıb. O, 68-ci dəqiqədə hesabı 2:0-a çatdırıb. Bundan 2 dəqiqə sonra isə sarı vərəqə ilə cəzalandırılıb.

Bu, "Nürnberq" üçün olduqca vacib qələbə idi. Xalını 44-ə çatdıran komanda 7-ci sıraya qalxıb. Çempionatın sonuna 5 tur qalmış lider "Hamburq"un 52, ikinci yerin sahibi "Köln"ün 51 xalı var. Qaydalara əsasən, ilk 2 pilləni tutan klublar Bundesliqaya vəsiqə qazanacaqlar. II Bundesliqada 3-cü sırada qərarlaşacaq komanda isə Bundesliqanı 16-cı yerdə bitirən klubla pley-offda üz-üzə gələcək. "Nürnberq"i 3-cü pillədən 3 xal ayırır.