Aprelin 15-dən 16-na keçən gecə evi qarət olunan Kris Smollinq "tvitter"də paylaşım edib.
Offsideplus.az xəbər verir ki, "Roma"nın müdafiəçisi ona dəstək verənlərə təşəkkür edib, işlərin qaydasına düşdüyünü vurğulayıb: "Xoş arzular və dəstək üçün təşəkkür etmək istəyirəm. Düzdür, ailəm şoka düşdü, amma xoşbəxtlikdən zərər görmədilər. Ümid edirəm o cür insanlar başqalarına zərər və əziyyət vermədən öz həyatlarını daha mənalı şəkildə yaşayacaqlar".
Qeyd edək ki, cinayətkarlar gecə saatlarında futbolçunun evinə basqın edərək, xanımının və övladlarının qarşısında seyfi açmasını tələb edib. Daha sonra qiymətli əşyaları və qızılları oğurlayaraq qaçıblar.
I’d like to thank everyone for your well wishes and support! My family although very shaken up are luckily unharmed! ❤️
— Chris Smalling (@ChrisSmalling) April 17, 2021
Hoping these people can find a more meaningful way to live their lives without causing such harm and distress to others.


