Dünya futbol tarixinin ən erkən qırmızı vərəqələrindən biri qeydə alınır.
Hadisə Braziliyanın B Sersiyasında baş verib.
Offsideplus.az xəbər verir ki, "Botafoqo" ilə "Trezi" arasında keçirilən oyunun 10-cu saniyəsində birincilərin futbolçusu Kayo Uilker rəqibinə qarşı kobud oynayıb. Hakim fitini səsləndirərək qayda pozuntusu yaşanan yerə yaxınlaşıb və kobudluq edən futbolçuya birbaşa qırmızı vərəqə göstərib.
Qeyd edək ki, oyun "Trezi"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Həmin anın görüntüsünü təqdim edirik:
— Drafts 3.7 (@3Drafts) April 2, 2021


