Azərbaycan yığmasının gənc futbolçusu Nəriman Axundzadənin Türkiyə Super Liqasına yeni yüksələn “Ərzurumspor”a transferi rəsmən açıqlanıb.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə Axundzadə Avropada çıxış edən klublara da transfer ola bilərdi. 22 yaşlı futbolçuya Polşa və Macarıstan elitasında çıxış edən klublardan təklif gəlib. 

Qeyd edək ki, Nəriman bu qış qoşulduğu “Kolambus Kryu”nun heyətində 7 oyunda meydanda olub. O, Türkiyə klubunda icarə əsasında çıxış edəcək.