Libertadores kubokunun finalının "River Pleyt" və "Boka Xuniors" komandaları arasında keçiriləcək cavab görüşünün vaxtı müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Bildirilib ki, qarşılaşma dekabrın 8 və ya 9-da keçiriləcək. Argentina klublarının görüşünün yeri barədə məlumat verilməyib. Oyunun Argentinadan kənarda keçirilməsi gözlənilir.

Xatırladaq ki, komandalar arasında noyabrın 11-də keçirilmiş ilk matçda 2:2 hesabı qeydə alınmışdı. Noyabrın 24-də keçirilməli olan cavab görüşü isə azarkeşlərin "Boka Xuniors" futbolçularını daşıyan avtobusa hücum etməsi ilə əlaqədar təxirə salınıb.(qol.az)