Növbədə gözləməyə ehtiyac yoxdur – m10 tətbiqinin əsas ekranındakı BakıKart bölməsi ilə iki fərqli xidmətdən rahat istifadə edə bilərsən:
BakıKart balansının artırılması:
Fiziki BakıKart balansını minimum 1 AZN-dən başlayaraq istədiyin məbləğdə artır. Ödəniş təsdiqləndikdən sonra məbləğ dərhal karta əlavə olunur. Balans artırıldıqdan sonra yenilənmiş məbləği ilk gedişdən sonra oxuyucuda görə biləcəksən.
QR bilet alınması:
Yaxud birbaşa tətbiqdən QR bilet al və ictimai nəqliyyatdan rahat istifadə et.
Həm balans artımını, həm də QR bileti BirBonus-larla ödəyə bilərsən.
m10 yüklə: https://m10.onelink.me/WzYm/lehbj3jt


