Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət milli komandası bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək.
Offsideplus.az xəbər verir ki, 7-ci qrupda yer alan yığmamız Xorvatiyanın Omiş şəhərində Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Bosniya və Herseqovina (U-19. Futzal) - Azərbaycan (U-19. Futzal)
26 mart. Ribnjak İdman Sarayı. Saat 19:00
Hakimlər: Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Chita (Rumıniya), Kastriot Gerxhaliu (İsveç)
Timekeeper: Luka Kovač Levantin (Xorvatiya)
Hakim-inspektor: Victor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)