Kilian Mbappenin bu il "Qızıl Top"u qazanmaq şansı var.
Offsideplus.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid"in fransız hücumçusu prestijli mükafata sahib çıxmaq üçün aşağıdakıların öhdəsindən gəlməlidir:
1. "Piçiçi" mükafatını qazanmaq.
2. Klubla trebl əldə etmək.
3. "Real Madrid" klubunda debüt ilində ən çox qol vuran futbolçu olmaq.
Qeyd edək ki, "Piçiçi" La Liqada ən çox qol vuran futbolçuya təqdim olunur. Hazırda "Barselona"lı Robert Levandovski 23 qolla liderdir, Mbappe isə polşalı hücumçudan 3 qol geridə qalır.