Bakıda 2019-cu ildə keçiriləcək bədii gimnastika və aerobika üzrə Avropa çempionatlarının vaxtı dəyişdirilib.
Offsideplus.az məlumatına görə, bu barədə qərar Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Bildirilir ki, dəyişikliyə səbəb 2019-cu il mayın 29-da Bakıda Avropa Liqasının final oyununu keçirilməsidir.
Bədii gimnastika üzrə Avropa çempionatı öncədən nəzərdə tutulduğu kimi 31 may – 2 iyunda deyil, 16 – 19 mayda təşkil olunacaq. Aerobika üzrə yarışlar isə 24 - 26 mayda keçiriləcək. Daha əvvəl yarış 23 - 25 may tarixinə təyin olunmuşdu.
Qeyd edək ki, 2019-cu ildə aerobika və bədii gimnastika üzrə Avropa çempionatlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar bu ilin avqustunda (UEG) İcraiyyə Komitəsinin iclasında qəbul olunub. (report)