Avqustun 30-da Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən yeniyetmə idmançı Səbinə Əliyeva Avstriyanın Linz şəhərində keçiriləcək ISU yeniyetmələr arasında qran-pri yarışında iştirak edəcək.

Offsideplus.az xəbər verir ki, bununla əlaqədar Səbinə Əliyeva və məşqçisi Vitali Novikov Heydər Əliyev adına Hava Limanından sözügedən ölkəyə yola düşüblər.

Sentyabrın 2-dək davam edəcək yarışda idmançımız 80-ə yaxın ölkənin fiqurlu konkisürəni arasında yüksək nəticə uğrunda mübarizə aparacaq.