Bu gün çimərlik futbolu üzrə Azərbaycan yığma komandası Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, milli komanda Moldova yığması ilə üz-üzə gəlib.
“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan yığmasından qolları 7-ci dəqiqədə Elçin Qasımov və 33-cü dəqiqədə Tural Qürbətov vurublar.
A qrupunun digər görüşündə İtaliya Estoniyanı məğlub edib - 3:1.