Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilən 15 yaşadək qızlar arasında hazırlıq turniri bu gün başa çatıb.

 Offsideplus.az xəbər verir ki, mayın 19-da start götürən yarışda Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 13 komanda (“Aura", "Azərreyl-2", "İlkin", İOEUGİM-1, "Sumqayıt", "Abşeron-2", "Murov", "SOİK", "Ryuqa", "Xarı bülbül", "Azərreyl-1", "Dinamo", İOEUGİM-2) mübarizə aparıb.

Hazırlıq turnirinin final matçında “Azərreyl-2” və İOEUGİM-2 komandaları qarşılaşıblar. Keçirdiyi bütün matçlarda rəqiblərindən üstün olan “Azərreyl-2” həlledici görüşdə də səhvsiz oynayaraq 2:0 hesabı ilə qalib gəlib.