Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Yelizaveta Ruban Rumıniya kubokunun qalibi olub.

 
Offsideplus.az xəbər verir ki, bu mövsüm yerli çempionatda üçüncü olan "CSM Lugoj" klubu ölkə kubokuna da sahib çıxıb.
 
Kubokun finalında Rubanın şərəfini qoruduğu komanda "CSM Targoviste" ilə üz-üzə gəlib. Həlledici görüşdə rəqibinə 3:1 (25:16, 26:24, 22:25, 25:21) hesabı ilə qalib gələn "CSM Lugoj" Rumıniya kubokunu qazanıb.