Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023"ün ilk mükafatçıları bəlli olub.

Offsideplus.az xəbər verir ki, ilk olaraq kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın final mərhələsi keçirilib.

8 idmançının medal uğrunda yarışdığı finalda üçüncü yeri almaniyalı Robin Valter tutub. O, mərhələni 217.6 xalla, bürünc medalla başa vurub.

Gümüş medalı Ukrayna təmsilçisi Oleq Omelçuk əldə edib. O, 239.8 xal qazanıb.

Yarışın qalibi isə iranlı Sacad Purhüseyni olub. 240.2 xal toplayan idmançı rəqibini 0.4 xalla qabaqlaya bilib.

Səcad Purhüseyni mükafatlandırma mərasimindən sonra açıqlama verib: “Ötən il də Azərbaycana gəlmişdik. Həmin vaxt komanda növündə qızıl medal qazanmışdıq. Bu dəfə isə fərdi atışda qızıl medala yiyələndim. Bu, karyeram ərzində fərdi atışda ilk qızıl medaldır. Burada olduğuma görə şadam. Yaradılan şərait yüksək səviyyədədir. Bakının gözəlliyindən həzz alıram”.

Ukrayna komandasının üzvü, gümüş medal sahibi Oleq Omelçuk iştirakçıların sayına və qücünə görə mübarizənin gərgin şəraitdə keçdiyini və ikinci yeri özü üçün böyük uğur hesab etdiyini bildirib.