Bakı Tennis Akademiyasında keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri davam edir.

Offsideplus.az xəbər verir ki, milli komandamız bu gün üçüncü yer uğrunda oyuna çıxacaq.

Yığmamız saat 19:00-da Qazaxıstanla üz-üzə gələcək. 

Qeyd edək ki, millimiz dünən yarımfinalda Serbiyaya 2:3 hesabıyla uduzub.